Neft qiymətləri Çindən gələn neqativ göstəricilərin təsiri ilə 33 dollardan da aşağı düşüb.
Goldman Sachs neftin barrelinin qiymətinin 20 dollara düşəcəyini proqnozlaşdırır.
IHS Global Insight-dan neft bazarları direktoru Spenser Welche bildirib ki, "Günlük və ya bir neçə günlük gedişata baxaraq qiymətlərin bu səviyyəyə enəcəyini deyə bilərik, ancaq bu səviyyədə daimi olacağını gözləmirik. İstehsal üzərindəki təsir çox sürətlə dəyişir. Şimali Amerikadakı neft hasilatının dayandırılması ehtimalı da var. O səbəbdən hasilatdakı azalma neftin qiymətinin yenidən artmasına səbəb olacaq".
Qeyd edək ki, Çindəki iqtisadi yavaşlama narahatlıqları, buna bağlı olaraq neft tələbatın azalması və neft istehsalının yüksək olması qiymətlərin aşağı düşməsinə səbəb olur. /"Marja"


Şərhlər