Menu

Bakı Gəmiqayırma Zavodu "Xankəndi" sualtı tikinti gəmisi inşa edir

11.01.2016, 15:37
Bakı Gəmiqayırma Zavodu "Xankəndi" sualtı tikinti gəmisi inşa edir

Azərbaycan İnvestisiya Şirkətinin əsas səhmdarlarından olduğu Bakı Gəmiqayırma Zavodunda ötən il 2 üzən qurğunun və 3 blok körpüsünün tikintisi başa çatdırılıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hazırda zavodda BP şirkətinin sifarişi ilə dəyəri 378 milyon dollar olan "Xankəndi" sualtı tikinti gəmisinin inşası aparılır. Gəminin tikintisinin 2017-ci ilin aprel ayınadək tam başa çatdırılması nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə 3 ədəd 80 nəfərlik sərnişin gəmisinin tikintisi həyata keçirilir. Bu gəmilərin inşası üzrə işlər bu ilin aprelinədək başa çatdırılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol