Menu

Rusiya Ermənistan-Türkiyə sərhəddinə müasir silah yerləşdirdi

11.01.2016, 14:45
Rusiya Ermənistan-Türkiyə sərhəddinə müasir silah yerləşdirdi

Rusiya Ermənistanda yerləşən 102-ci hərbi bazasını müasir silahlarla gücləndirməkdə davam edir. Modern.az Ruysiya KİV-nə istinadən xəbər verir ki, bazaya “Taxion” pilotsuz uçuş aparatları daxil olub. 40 kilometr məsafəyə qədər ərazidə əlverişsiz hava şəraitində belə, uça bilən “Taxion” kəşfiyyat məlumatları toplamağa qadirdir.

Rusiya Cənub Hərbi Dairəsinin məlumatına görə, hazırda yeni aparatların Türkiyə ilə sərhəddə uçuş sınaqları keçirilir.

Bundan əvvəl, Rusiya 102-ci hərbi bazaının aviasiya hissələrini 13 döyüş və nəqliyyat vertolyotu ilə gücləndirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol