Menu

Təhsil Nazirliyində kadr və struktur dəyişikliyi

11.01.2016, 14:53
Təhsil Nazirliyində kadr və struktur dəyişikliyi

Azərbaycan Təhsil Nazirliyində (TN) kadr dəyişikliyi aparılıb.

Trend-in əldə etdiyi məlumata görə, Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Fərzəli Qədirov bu vəzifədən azad edilib. O, TN-in Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.

TN-in İnsan resursları şöbəsinə isə həmin şöbənin müdir müavini olan İlham Nağıyev təyin edilib.

Bununla yanaşı, TN-də bəzi şöbələrin, sektorların adları dəyişdirilib, ilk peşə ixtisası təhsili ayrı sektor kimi yaradılıb.

TN-in KİV və QHT-lərlə iş sektorunun yeni adı İctimiayyətlə əlaqələr sektoru olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol