Menu

Goranboylular Cavid Qurbanovdan kömək istəyir- "Ümid təkcə ona qalıb"

11.01.2016, 15:25
Goranboylular Cavid Qurbanovdan kömək istəyir- "Ümid təkcə ona qalıb"

"Onsuz da camaat Goranboyun icra başçısından ümidini üzüb"

Goranboyun dağ kəndlərində biri oolan Yuxarı Ballı Qaya kəndinin yollarını buz bağlayıb. Bun barədə kənd sakinlərinin "AzPolitika.info"ya göndərdikləri şikayət məktubunda bildirilir. Məktubda qeyd edilir ki, kəndin problemləri barədə feysbukda, Goranboy səhifəsində, neçə gündü yazırıq, bir neçə saytda da yazılıb: "Amma nə rayonun icra başçısı, nə "Azəryolservis", nə də 58 saylı yol istismar idarəsi Yuxarı Ballı Qaya kəndinin yolunu 8 gündür qardan-buzdan təmizləmir. Biz istəyirik ki, bu kəndin problemini işıqlandırasınız.

cavid_qurbanov_teyinat2Sizin sayt vasitəsilə bu kənddə yaşayan kəlbəcərli məcburi köçkünlər Kəlbəcərin deputatı Cavid Qurbanovdan xahiş edir ki, kəndin yolunun açılmasına köməklik göstərsin. Onsuz da camaat Goranboyun icra başçısından ümidini üzüb. İndi camaatın ümidi təkcə Cavid Qurbanova qalıb. İnanın ki, 1 həftədən çoxdur kənddən çıxmaq mümkünsüzdür. Kənd dəniz səviyysindən 3 min metr yüksəklikdədir. Murov dağının qoynunda yerləşir. Hazırda günorta saatlarında qar əriyir. Lakin axşam yenidən qarın suyu buz donur və növbəti gün günortaya qədər buzlu yolu maşınla düşüb-qalxmaq olmur. Hansı maşın bu yolu düşərsə həyatı ilə risk edir. Maşınlar yoldan sürüşüb dərəyə düşə bilər. Aşağı düşən maşınlar da yuxarı çıxa bilmir. Kənddə ərzaq qurtarır, xəstəsi, işi-gücü olanlar kənddən çıxa bilmirlər.

Kənd sakinləri Cavid Qurbanovdan xahiş edirlər ki, onların bu problemini "Azəryolservis" ASC-yə, Goranboy icra hakimiyyətinə çatdırsın ki, yolu təcili açsınlrar.

Goranboy səhifəsində yolun şəkilləri və video var".

Qeyd edək ki, sakinlərin göndərdiyi şəkillərdən də göründüyü kimi, kəndin içindəki avtomobil yolunun fəaliyyətini qar və buz mümkünsüz edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol