Qazaxıstan hökuməti 2016-2020-ci illərdə metallurgiya, neft-qaz, telekommunikasiya, dəmir yolu və aviasiya sahəsində 65 iri dövlət şirkətinin özəlləşdirilməsinə razılıq verib. Bu barədə məlumat ölkənin İqtisadiyyat Nazirliyinin saytında yerləşdirilib.
Neftin qiymətinin aşağı düşməsi səbəbindən böhranla üzləşən Qazaxıstan hökuməti özəlləşdirmə planını həyata keçirməklə xərclərə 15% qənaət etmək niyyətindədir. Özəlləşdirilməsi gözlənilən şirkətlər arasında “Qazsink”, “QazMunayQaz” neft-qaz şirkəti, “Qazpoçt”, “Eyr Astana”, milli dəmir yolu şirkəti olan “Qazaxıstan Təmir Jolı” da var.


Şərhlər