Menu

İstanbulda sülh, "Real"dan darmadağın - VİDEO

27.02.2014, 09:28
İstanbulda sülh, "Real"dan darmadağın - VİDEO

Ötən gün keçirilən qarşılaşmalarla Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolsevərlərin maraqla gözlədiyi qarşılama İstanbulda keçirilib. “Qalatasaray” doğma azarkeşləri qarşısında “Çelsi”ni sınağa çəkib. Rəqib güclü olsa da, Roberto Mançinin komandası qələbə qazanmaq, “Zadəganlar” isə İngiltərə futbolunun nüfuzunu qorumaq üçün döyüşüb. Qonaqlar erkən qolla önə keçsə də, “Cim-Bom” 64-cü dəqiqədə hesabı bərabərləşdirə bilib. Oyunda başqa qol qeydə alınmayıb və tərəflər hərəyə 1 qolla meydandan ayrılıb.

Günün digər matçı isə Almaniyada oynanılıb. Azarkeşlər “Şalke” ilə Madrid “Real”ı arasında baş tutan duelə şahid olub. Qarşılaşmanın favoriti olan qonaqlar “şaxtaçılar”a doğma publika önündə divan tutub – 1:6.

Çempionlar Liqası, ilk oyunlar

26 fevral (çərşənbə)

"Qalatasaray" (Türkiyə) - "Çelsi" (İngiltərə) - 1:1

QOL: Şedju, 64 - Torres, 9

"Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya) - 1:6

QOL: Huntelaar, 90 - Benzema, 13, 57, Beyl, 21, 69, Ronaldo, 52, 89

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol