Menu

İstanbuldakı partlayışdan sonra İŞİD-lə əlaqəli 59 nəfər saxlanıldı

13.01.2016, 10:04
İstanbuldakı partlayışdan sonra İŞİD-lə əlaqəli 59 nəfər saxlanıldı

Türkiyə polisi İstanbulda törədilən terror aktından sonra ölkənin 5 şəhərində antiterror əməliyyatı keçirib.

APA-nın “Haber Turk”ə istinadən verdiyi xəbərə görə, reydlər Ankara, Şanlıurfa, Mersin, Kilis və Adanada keçirilib. Ümumilikdə, İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 59 nəfəri saxlanılıb. Ankarada 15-i Suriya vətəndaşı olmaqla 16 nəfər saxlanılıb.

Onların deportasiya olunacağı gözlənilir. Digər şəhərlərdə saxlanılan türklərə terrorçuluq ittihamı irəli sürülüb.

Qeyd edək ki, ötən gün İstanbulun tarixi hissəsində terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol