Viktor Yanukoviç hələ də özünü Ukraynanın prezidenti sayır.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə o bu gün yaydığı bəyanatında bildirib.
V. Yanukoviç onun ölkədə hakimiyyəti ələ keçirmiş “ekstremistlər”in əməllərindən qorumaq üçün Rusiyadan yardım da istəyib.
Eks-prezident Ali Radanın qəbul etdiyi qərarların qeyri-legitim olduğunu vurğulayıb.
V. Yanukoviç bildirib ki, onu və tərəfdarlarını qisas almaqla hədələyirlər. O, Ukraynada vəziyyəti hüququ müstəviyə qaytarmağa çağırıb və özünü ölkənin qanuni rəhbəri hesab etdiyini deyib.
“Əminəm ki, bu şərtlərlə qəbul olunan bütün qərarların qeyri-effektiv olduğu ən qısa zamanda məlum olacaq, həmin qərarlar icra olunmayacaq”, - deyə V. Yanukoviç vuröulayılb.
***
Ukraynanın istefaya göndərilmiş prezidenti Viktor Yanukoviç son hadisələrə münasibət bildirib.
AzNews.az-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, V. Yanukoviç bəyan edib ki, özünü Ukraynanın prezidenti hesab edir.
O, bildirib ki, Rusiyaya hakimiyyəti zəbt edən şəxslərin hücumundan qorunmaq və təhlükəsizliyinin təmin olunması məqsədilə ilə müraciət edib.
V. Yanukoviç Ali Radanın qərarını legitim hesab etməyib: “Mənə və silahdaşlarım təhlükə altında idi. Ukraynadakı vəziyyət dəyişməli və demokratik yolla seçilmiş prezidentin legitimliyi qəbul olunmalıdır. Ukraynanın cənub-şərq vilayətləri və Krım Muxtar Respublikasında baş verənlər də ölkədə hakimiyyətsizliyin olmasının bariz nümaunəsidir”.


Şərhlər