Menu

"Neft qiymətləri 2017-də 60 dollara yüksələ bilər"

14.01.2016, 15:54
"Neft qiymətləri 2017-də 60 dollara yüksələ bilər"

"Capital Economics"in Əmtəə Mütəxəssisi Tomas Pugh, Brent neftin qiymətinin 2020-ci ilə qədər orta hesabla 70 dollar səviyyəsindən aşağı qalacağını ancaq 2017-ci ildə 60 dollara qədər yüksələcəyini bildirib.

Aşağı neft qiymətləri neft ixrac edən ölkələrin iqtisadiyyatlarına mənfi təsir etməyə davam edir. Azalan qiymətlərdən təsirlənən ölkələrin arasında Rusiya, Kanada, Norveç, Venesuela, Səudiyyə Ərəbistanı və Azərbaycan da var. Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələrdən biri olan Venesuelada isə iflas ssenariləri danışılır.

Pugh, Çin iqtisadiyyatındakı ləngimənin, qlobal neft tələbatına hazırda mənfi təsir göstərdiyini vurğulayaraq, ölkə iqtisadiyyatının bu il normallaşacağının gözlədiyini, bunun da neft qiymətlərini qaldırmağa başlayacağını vurğulayıb.

Aşağı neft qiymətləri səbəbilə ABŞ istehsalçılarının də çətin vəziyyətdə olduğunu xatırladan Pugh, ölkədə neft investisiyalarının və quyu sayının getdikcə azaldığını və bunun yerli neft hasilatında kəskin azalmaya yol aça biləcəyini bildirib.

Pugh, 2020-ci ilə qədər neft qiymətlərində üst sərhədin 70 dollar olacağını proqnozlaşdıraraq, bu vəziyyətin xüsusilə Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) hasilatı azaltmasından qaynaqlandığını dilə gətirib. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol