Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Vəliyev Hafiz Ramiz oğlu və Ağamirov Ağamir Novruz oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında bildirilib ki, məhkəmə tərkibində olan hakimlərdən biri xəstə olduğu üçün məhkəməyə gələ bilməyib.

Bu səbəbdən proses martın 7-nə təyin edilib.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.