Menu

Ukrayna Krımın qaytarılmasına dair mexanizm hazırlamağı planlaşdırır - Poroşenko

15.01.2016, 00:08
Ukrayna Krımın qaytarılmasına dair mexanizm hazırlamağı planlaşdırır - Poroşenko

Ukrayna “Cenevrə +” formatında Krımın qaytarılmasına dair beynəlxalq mexanizm hazırlamağı planlaşdırır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

“Bu cür mexanizmin yaradılması üçün biz Avropa İttifaqındakı tərəfdaşlarımız , ABŞ və, ehtimal ki, Budapeşt memorandumunu imzalayan ölkələrin iştirak edəcəyi “Cenevrə +” formatını nəzərdən keçiririk”, deyə o bildirib.

Poroşenko, Krımın qaytarılmasının Ukrayna hökumətinin əsas prioritet vəzifələrindən biri olduğunu qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol