Menu

“Rusiya aqressiyasının qarşısını almasa...” - ADP

27.02.2014, 17:50
“Rusiya aqressiyasının qarşısını almasa...” - ADP

ADP sədri Sərdar Cəlaloğlu Ukraynadakı son durumla əlaqədar açıqlama verib. Açıqlamada deyilir.

“Ukrayna hadisələri olduqca təhlükəli mərhələyə daxil olub. Soçi qış olimpiadası gedişində Ukraynadakı hadisələrə loyal münasibət göstərən Rusiyanın olimpiadadan dərhal sonra aqressivlik nümayiş etdirəcəyi gözlənilən idi. Bunu həm də Rusiyanın Gürcüstanla bağlı bir neçə il əvvəl yürütdüyü təcavüzkar və işğalçılıq siyasəti təsdiq edirdi. Gürcüstandan fərqli olaraq, Ukrayna ilə anoloji davranış təkcə bölgədə deyil, bütövlükdə dünyada sülhü və təhlükəsizliyi ciddi təhdid edir. Beynəlxalq ictimaiyyət bütün təsirli və önləyici vasitələrdən istifadə edərək Rusiya aqressiyasının qarşısını almasa bu proseslər təkcə Ukraynada yox, həm də Rusiyada uzun müddətli stabilliyin pozulacağına gətirib çıxara bilər.

Rusiyanın Ukrayna siyasəti eyni zamanda keçmiş postsovet məkanında olduqca ciddi və təhlükəli meyllərin- seperatizmin, terrorizmin, işğalçılığın baş qaldırmasına gətirib çıxara bilər. Dünyanın bütün demokratik ictimaiyyəti Ukrayna xalqının yanında olmalı, ona dəstək verməli və Ukrayna xalqının azad seçiminə hormətlə yanaşmalıdır. Əks halda bölgə güclərinin beynəlxalq hüquqla istədikləri kimi davranması dünya nizamını təhdid edən təhlükəli meyllərə yol aça bilər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol