Menu

İnterpol Riyad Əliyev axtarışını dayandırdı

16.01.2016, 12:41
İnterpol Riyad Əliyev axtarışını dayandırdı

İnterpol Təfəkkür Universitetinin Kiyev filialının rektoru olmuş Riyad Əliyev axtarışını dayandırıb. APA-nın məlumatına görə, R. Əliyevin beynəlxalq axtarışda olması ilə bağlı İnterpolun saytında yerləşdirilmiş məlumatlar da qurumun saytından çıxarılıb.

Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanları tərindən dövlətlərarası axtarışa verilib. O, dələduzluqda təqsirli bilinir. R. Əliyev mətbuatda özünü Təfəkkür Universitetinin təsisçilərindən biri, universitetin Kiyev filialının rektoru kimi təqdim edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol