Yanukoviç mətbuat konfransı keçirəcək
İsveçrə hökuməti bəyan edib ki, İsveçrə banklarında Ukraynanın hakimiyyətdən uzaqlaşdırılan prezidenti Viktor Yanuokviçlə bağlılığı olan hesabların dondurulması ilə bağlı göstəriş verəcək. Musavat.com xəbər verir ki, məlumatı Reuters hökumət sözçüsü Andre Simonassiyə istinadən yayıb.
Bu arada isə məlum olub ki, Ukraynanın 2013-cü ilin sona olan xarici borcu 140 milyard dollara və ya ümumdaxili məhsulun 80 faizinə çatıb. Bu borcun 65 faizi qısamüddətlidir.
Bu arada məlum olub ki, Viktor Yanukoviç fevralın 28-də saat 17.00-da Rostov-Donda mətbuat konfransı keçirəcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı onun ətrafındakı mənbə bildirib.
Mənbə bildirib ki, mətbuat konfransının keçiriləcəyi yer barədə məlumat əlavə veriləcək.

Şərhlər