Menu

Fransada suriyalı qaçqın 1 mln. avro udub

17.01.2016, 01:20
Fransada suriyalı qaçqın 1 mln. avro udub

Paris ətrafında məskunlaşmış suriyalı qaçqın 10 avroya aldığı lotereya bileti ilə 1 mln. avro məbləğində uduş əldə edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, uduş əldə edən 30 yaşlı miqrant artıq Parisdə özünə mənzil alıb və restoran açmağı planlaşdırır. Bundan başqa, o digər ailə üzvlərini Parisə gətirməyi planlaşdırır.

Məlumata görə, uduş əldə edən miqrant 2011-ci ildə, Suriyada müharibə başlayan zaman Fransaya köçüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol