Menu

İstanbulda 12 PKK şübhəlisi saxlanılıb

17.01.2016, 10:40
İstanbulda 12 PKK şübhəlisi saxlanılıb

Türkiyənin İstanbul şəhərində PKK terror təşkilatına üzv olmaqda şübhəli bilinən 12 nəfər saxlanıb.

"Report"-un "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, İstanbulun Fatih, Beyoğlu və Bahçekievler rayonlarında metro, avtobus və tranvay dayanacaqlarında şübhəli paketlər yerləşdirən şəxslər müəyyən edilib.

Şübhəlilər 21 ünvana edilmiş basqınlar nəticəsində ələ keçirilib. Əməliyyat zamanı çoxlu radikal məzmunlu materiallar da aşkar edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol