Menu

"Şanlı bir zəfər" - Həsən Ruhani

17.01.2016, 18:01
"Şanlı bir zəfər" - Həsən Ruhani

İran prezidenti Həsən Ruhanı ölkəsinə qoyulan sanksiyaların qaldırılması ilə bağlı açıqlama verib.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, H.Ruhani sanksiyaların qaldırılması ilə bağlı məlumatı öz twitter hesabından açıqlayıb.

Məlumata görə, Ruhani ölkəsinə qarşı qoyulan sanksiyaların qaldırılmasını “Şanlı bir zəfər” olaraq dəyərləndirib.

İran prezidenti sosial şəbəkədən paylaşdığı mesajda “Bu nemət üçün Allaha şükr edirəm və səbirli İran millətinin böyüklüyü qarşısında diz çökürəm” sözlərini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol