Bank sektorundakı mənbə “Marja”ya bildirib ki, əgər bankların investorları öz vəsaitlərini vaxtından əvvəl geri tələb edərlərsə, bu, bankların vəziyyətini daha da ağırlaşdıra bilər:
“İnvestorlar banklara kredit ayıran zaman, bağlanan müqavilədə vəsaiti lazım gələrsə vaxtından əvvəl geri tələb edilə bilinməsi barədə bənd daxil edirlər. Onlar, Azərbaycanda makro-iqtisadi vəziyyətin daha da pisləşməsini görsələr pullarını geri istəyə bilərlər. Banklardan böyük məbləğdə vəsitin birdən geri tələb edilməsi onları daha çətin vəziyyətə sala bilər. Bu risk getdikcə güclənir”.
Mənbə qeyd edib ki, xarici investorlar Azərbaycan banklarının gəlcəkdə pulları geri qaytara bilməyəcəklərindən narahatdırlar.


Şərhlər