Menu

Vano Merabişvili azadlıqdan məhrum olundu

28.02.2014, 09:37
Vano Merabişvili azadlıqdan məhrum olundu

Gürcüstanın keçmiş baş naziri Vano Merabişvili 2011-ci il mayın 26-da müxalifətin dinc aksiyasının dağıdılmasına görə, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

ANS PRESS-in məlumatına görə, bundan başqa? o, 1 il ərzində dövlət vəzifəsi tutmaq hüququndan da məhrum edilib. Tiflis şəhər Məhkəməsi Merabişvilini siyasi xadim kimi xidməti səlahiyyətlərini aşmaqda ittiham edir ki, bu da fiziki şəxsin hüquqlarını və dövlətin qanuni maraqlarını pozmasına gətirib çıxarıb. Bu Merabişvilinin ikinci hökmüdür.

10 gün əvvəl Kutaisi şəhər məhkəməsi onu 5 il müddətinə azadlıqdan məhrum etmişdi. Keçmiş baş naziri ümumilikdə 5 il həbs cəzası gözləyir.

Merabişvili və vəkilləri məhkəmənin bu hökmü ilə razı deyil.

Xatırladaq ki, Merabişvili digər yüksəkvəzifəli məmurlarla birlikdə 2013-cü ilin mayın 21-də saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol