Milli Məclisin deputatı Rüfət Quliyev bildirib ki, Azərbaycanda hələ də dövlətin tam balansında olan kifayət qədər müəssisə, eləcə də qismən özəlləşdirilən müəssisələr mövcuddur.
Miullət vəkilinin sölərinə əsasən, Azərbaycanda qismən özəlləşdirilən 600-dən artıq səhmdar müəssisə var.
“Onlarda dövlətin payı bəzən 30 faizədək çatır. Birbaşa beynəlxalq investisiyaların iştirakı ilə həmin müəssisələrin özəlləşdirilməsi aparılsa, bu, Azərbaycana iri valyuta axınını təmin edəcək. Bundan başqa, ölkəyə xarici texnologiyaları cəlb edəcək, yeni iş yerləri yaradacaq və vergi qoyma bazasını genişləndirəcək”, - R.Quliyev «Trend»ə müsahibəsində belə deyib.


Şərhlər