Menu

NATO Polşada infrastruktur yaradır

18.01.2016, 20:10
NATO Polşada infrastruktur yaradır

NATO bu ilin baharında Polşa ərazisində raket hücumundan müdafiə sistemi üçün infrastrukturun yaradılmasına başlayacaq.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Polşa prezidenti Anjey Duda ilə keçirdiyi görüşdən sonra bildirib. “Yazda biz Polşada raket əleyhinə müdafiə sisteminin qurulması üçün vacib məntəqə yaradılmasına başlayacağıq”, -deyə Y. Stoltenberq qeyd edib.

Sosial səhifələrdə paylaş

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol