Menu

Donbasda vəziyyət yenidən gərginləşdi

19.01.2016, 08:56
Donbasda vəziyyət yenidən gərginləşdi

Ukrayna Donbasda vəziyyətin gərginləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasını məlumatlandırıb.

APA-nın məlumatına görə, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəliyi bəyan edib.

Ukrayna xarici işlər nazirliyi, öz növbəsində, bildirib ki, münaqişə bölgəsində separatçıların Ukrayna Silahlı Qüvvələrinə qarşı təxribatlarının sayı artmaqdadır. Belə ki, yanvarın 17-də Ukrayna ordusunun mövqeləri 48 dəfə, yanvarın 15-16 da isə, müvafiq olaraq, 40 və 36 dəfə atəşə tutulub.

“Ukrayna Rusiyanın Minsk razılaşmalarına məhəl qoymadığını beynəlxalq ictimaiyyətin nəzərinə çatdıraraq bildirir ki, Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı bölgələrində vəziyyətin gərginləşməsində məsuliyyəti rəsmi Moskva daşıyır”, Ukrayna XİN-in mətbuat xidməti vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol