Menu

Türkiyə ölkə xaricində növbəti hərbi bazanı yaradır

19.01.2016, 10:03
Türkiyə ölkə xaricində növbəti hərbi bazanı yaradır

Ötən ilin noyabr ayında Qətərdə hərbi baza yaradan Türkiyə xaricdəki hərbi bazaların sayını ikiyə çıxarmağa hazırlaşır.

"Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Türkiyə Parlamentinin Müdafiə Komissiyasında Somali ilə Müdafiə Sənayesi Sahəsində Əməkdaşlıq Müqaviləsi müzakirəyə çıxarılıb. Sözü gedən müqaviləyə əsasən, Türkiyə Somali ərazisində hərbi təlim bazası yaradacaq.

Yeni bazada Türkiyədən göndərilən 200 ekspert 10 min yerli hərbçiyə təlim keçəcək.

Məsələnin təfərruatlarını müzakirə etmək məqsədi ilə Türkiyədən Somaliyə 20 nəfərdən ibarət heyət də yollanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol