Menu

Dollar iki gün dəyişməyəcək- Mərkəzi Bankı yeni məzənnəni açıqladı

19.01.2016, 18:07

dollar manat merkezi bank kreditAzərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 21-nə manatın məzənnəsini açıqlayıb.AMB-dən ANS PRESS-ə verilən məlumata görə, Mərkəzi Bankın 21.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6028 səviyyəsində müəyyən olunub. AMB-nin açıqladığı bu məzənnə yanvarın 20-də də qüvvədə olacaq.

Bu günə AMB-nin USD/AZN rəsmi məzənnəsi 1,6028 səviyyəsində olub. Avrozonanın valyutasında da artım qeydə alınıb. 1 avro 1.7451 manat olub.

Rublda isə cüzi ucuzlaşma olub. Rusiya rublu 0.0202 manata düşüb.

Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb.

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol