Menu

ABŞ-da azadlığa buraxılan iranlılar vətənlərinə dönmək istəmədilər

20.01.2016, 09:09
ABŞ-da azadlığa buraxılan iranlılar vətənlərinə dönmək istəmədilər

ABŞ-da azadlığa buraxılan iranlılar vətənlərinə dönməkdən imtina ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yanvarın 16-da ABŞ və İran arasında əldə olunan məhbus mübadiləsinə dair razılığa əsasən, Tehran “Washington Post” qəzetinin Tehrandakı müxbiri Jason Rezaian daxil olmaqla ABŞ vətəndaşları olan 4 məhbusu azadlığa buraxıb.

Amerikada həbsdə olan 7 İran vətəndaşı da həmin gün azadlığa buraxılıb. Onlardan 6-nın ikili vətəndaşlığı olduğu bildirilir. Həmçinin İran və ABŞ arasında əldə olunmuş razılığa görə, ABŞ 14 İranlıya qarşı ekstradisiyası ilə bağlı məhkəmə qərarını ləğv edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol