Menu

"Məhbus nəzarətçiyə hücum edib" - ​Penitensiar Xidmət

20.01.2016, 15:28
"Məhbus nəzarətçiyə hücum edib" - ​Penitensiar Xidmət

"Bakıda Cəzaçəkmə Müəssisəsində məhkum nəzarətçini döyüb." “Report”un xəbərinə görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəndə baş verib.

Müəssisədə cəza çəkən 1992-ci il təvəllüdlü Kamil Fərəcov orada nəzarətçi işləyən ədliyyə kiçik giziri 1985-ci il təvəllüdlü Kənan Fəxrəddin oğlu Kərimovu döyüb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol