Virtualaz.org saytı TASS agentliyinin xəbərinə istinasdən bildirir ki, Moldovada parlamentin girişlərindən birində polislə nümayişçilər arasında toqquşma baş verib. Bir neçə polis əməkdaşının yaralanması barədə xəbər verilir.
Nümayişçilərdən bir neçəsi saxlanılıb.
Bəzi mənbələrin məlumatlarında deyilir ki, nümayişçilərdən bir neçəsi parlament binasına daxil ola bilib.
Qeyd edəkki, bu gün axşam saatlarında Moldovanın paytaxtı Kişinyovda minlərlə nümayişçi parlament binasının qarşısına toplaşaraq, millət vəkillərinin Pavel Filipin rəhbərliyi altında yeni hökuməti təsdiq etməsinə etirazlarını bildiriblər. Nümayişçilər parlament binasını perimetri üzrə mühasirəyə alıblar.
Parlamentin qarşısında polis altı cərgə düzülərək nümayişçilərin binaya yaxınlaşmasına mane olmağa çalışır.
İnsanlar "Biz parlamentə daxil olmaq istəyirik!", "Biz xalqıq!", "Rədd olsun parlament!", "Növbədənkənar seçkilər!", "Rədd olsun mafiya!", "Polis bizimlədir!", "Seçkilər!" şüarlarını səsləndirirlər.
Mənbəyə görə, Sosialist partiyasının sədri İvan Çeban parlament qarşısında çıxış edərək parlamentin bu iclasının qanundan kənar olduğunu deyib. Onun fikrincə, deputatların Nazirlər Kabinetinin tərkibinə və yeni baş nazirin təyin olunmasına səs verməyə hüquqları yox idi.
DA Vətəndaş platformasının sədri Andrey Nestase isə bildirib ki, parlament xalqın fikrini nəzərə almayıb və deputatları parlamentin binasından kənara buraxmaq olmaz.
Daha öncə məlum olmuşdu ki, Moldovanın yeni hökuməti tez-tələsik təsdiq olunub. Hökümətin tərkibinin və proqramının qəbul edilməsinə 101 millət vəkilindən 57-si səs verib.


Şərhlər