Menu

ZAKİR QARALOVUN YANINDA XÜSUSİ İCLAS NƏ İLƏ BAĞLI OLUB? - Bir iddia, bir təkzib

01.03.2014, 00:41

Rza ZerrabTürkiyənin onedio.com saytında bu gün azadlığa buraxılan iş adamı Rza Zərrab barəsində sensasiyalı iddia yer alıb. Müəllifi bu günlərdə Türkiyədən deportasiya olunan azərbaycanlı Mahir Zeynalov olan “Rza Zərrabın Azərbaycandakı bir general ilə ilişkiləri ortaya çıxdı” başlıqlı yazıda iddia olunur ki, Rza Zərrab Azərbaycan və Türkiyə hökumətlərini sarsıdacaq şok isimlər söyləyib.

Belə ki, R.Zərrab Azərbaycan Milli Təhlükəsizlik nazirinin sabiq müavini, hazırda Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini olan Əli Nağıyevlə işbirliyinin olduğu haqda ifadə verib.

Maraqlıdır ki, Azərbaycan saytlarında, digər KİV-lərində bu sensasiyalı iddia barəsində heç bir məlumat verilməsə də, Baş Prokurorluğun mətbuat xidməti təkziblə çıxış edib. Hər halda, Trend agentliyi belə bir məlumat yayıb.

Həmin məlumatda bildirilir ki, fevralın 28-də Türkiyənin "Zaman" qəzetində (Məlumatı yayan saytın “Zaman” qəzetinə aidiyyatı olub-olmadığı bilinmir. Yazının sonunda mənbə kimi zaman.com.tr göstərilsə də, həmin saytda bu yazını tapmaq olmur-red) Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini, general Əli Nağıyevlə bağlı irəli sürülən iddia böhtandır.

"Ə.Nağıyev barədə açıq böhtan və iftiradan istifadə etmiş və bununla da Baş Prokurorluğun işgüzar nüfuzuna xələl gətirmişdir.

"Zaman" qəzetində dərc edilən həmin məqalə ilə bağlı Azərbaycanın Baş prokuroru yanında iclas keçirilib və məsələnin araşdırılması ilə bağlı müvafiq göstərişlər verilib".

Lakin maraqlıdır ki, bir qədər sonra Trend Baş Prokurorluğun mətbuat xidmətinin bu təkzibini saytdan sildi. (Bu linkdə idi: http://az.trend.az/news/politics/2247675.html)

Nə baş verir?

Bir saytın anonim məlumatı ilə əlaqədar Azərbaycanın Baş Prokurorunun yanında xüsusi iclas keçirmək zərurəti nə ilə bağlı olub?

Ümumiyyətlə, Baş Prokurorluğun Mətbuat Xidməti onedio-com saytındakı yazı ilə bağlı açıqlama yayıbmı?

Trend belə mühüm mövzuda xəbərini saytdan niyə sildi?

Bu suallar maraq doğurur və cavabını gözləyir.

Vaqif Nəsibov

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol