Menu

Rusiya II Avropa Oyunlarına ev sahibliyi edə bilər

21.01.2016, 19:23
Rusiya II Avropa Oyunlarına ev sahibliyi edə bilər

Rusiya 2019-cu ildə II Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə kimi təsdiq edilə bilər.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Aleksandr Kozlovski deyib.

Onun sözlərinə görə, bununla bağlı qərar Avropa Olimpiya Komitəsinin mayda İspaniyada keçiriləcək ikinci iclasında verilə bilər.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol