Təyyarə vurulmasından sonraya planlaşdırılan ilk səfər alınmayıb.
Noyabrın 24-də vurulan hərbi təyyarə qalmaqalından sonra Rusiya xarici işlər nazirinin köməkçisi Vasiliy Nebenzyanın Türkiyəyə planlaşdırılan səfəri təxirə salınıb. Anspress-in məlumatına görə, səfərin təxirə salınmasına səbəb XİN köməkçisinin səhhətində problemlərin yaranması olub.
Bu, Rusiya və Türkiyə arasında münasibətlərin korlanmasından sonra rəsmi şəxslərin ilk səfəri idi.
Rusiya xarici işlər nazirinin müavini Vasiliy Nebenzyanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İstanbul şəhərindəki ofisinə baş çəkəcəyi bildirilirdi.
QDİƏT-in verdiyi məlumata görə, Vasiliy Nebenzya təşkilatın sədrliyi missiyasını yerinə yetirən ölkə kimi prioritetlərini açıqlamalı və daha sonra Rusiya nümayəndəsinin mətbuat konfransı keçirilməli idi.


Şərhlər