Menu

UEFA-nın ayırdığı vəsait "İnter”-in hesabına köçürülüb

21.01.2016, 22:24
UEFA-nın ayırdığı vəsait "İnter”-in hesabına köçürülüb

"İnter” üçün UEFA-nın ayırdığı müvafiq vəsait AFFA tərəfindən klubun hesabına köçürülüb. "Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, klub üçün daxil olan ümumi vəsait 708.970 avro olub.

Bunun 40.000 avrosu 2015/16 Avropa Liqasında uzun məsafəli səyahət üçün kompensasiya, 630.000 avrosu Avropa Liqasında iştiraka görə ümumi ödəniş (solidar ödəniş), 38.970 avrosu isə Maliyyə Fair Play-inə əsasən ayrılmış vəsaitdən ibarət olub. "İnter”in AFFA-ya olan borcları tutulduqdan sonra qalıq qalan 514.203 avro klubun hesabına köçürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol