Türkiyənin cənub-şərqindəki Mardin vilayətinin Nusaybin rayonunda polis əməkdaşlarını daşıyan avtobus minaya düşüb. "Report" "NTV" telekanalına istinadən xəbər verir ki, partlayış nəticəsində 9 polis zabiti və 1 şəhər sakini yaralanıb.
Zirehli texnikanın köməyi ilə xəstəxanalara çatdırılan yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hazırda bu bölgədə terrorçulara qarşı əməliyyat davam edir. Rayona əlavə hərbi birləşmə göndərilib.


Şərhlər