Menu

Həmsədrlərdən birgə bəyanat: "Yeganə məqbul format..."

22.01.2016, 15:59
Həmsədrlərdən birgə bəyanat: "Yeganə məqbul format..."

"ATƏT-in Minsk qrupunun həmsədrləri "Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması yolunda göstərilən səyləri alqışlayır və problemin sülh yolu ilə nizamlanmasına sadiq olanlarla birgə işləməyə hazır olduğunu bildirir".

"Report" xəbər verir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda belə deyilir.

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaxın gələcəkdə münaqişə ilə bağlı qətnaməni nəzərdən keçirə biləcəyini anlayırıq. AŞPA-ya, eləcə də digər regional və beynəlxalq təşkilatlara xatırladırıq ki, ATƏT-in Minsk qrupu danışıqlar üçün yeganə məqbul format olaraq qalır. AŞPA üzvlərinin marağını qiymətləndiririk və onları ATƏT-in Minsk qrupunun mandatını pozacaq addımlar atmamağa və ya davam edən danışıqları mürəkkəbləşdirməməyə çağırırıq", - deyə bəyanatda qeyd olunur.

Həmsədrlər: "ATƏT-in Minsk qrupu danışıqlar üçün yeganə məqbul format olaraq qalır"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol