Menu

İstismara verilən yaşayış sahəsi azalıb

23.01.2016, 14:21
İstismara verilən yaşayış sahəsi azalıb

2015-ci ildə Azərbaycanda istismara verilən yaşayış yerlərinin ümumi sahəsi 1 mln. 927,2 min kvadratmetr təşkil edib, bu isə 2014-cü ilin göstəricisindən 12,3% azdır. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir.

2015-ci ilin dekabr ayında Azərbaycanda 293,1 min kvadratmetr yaşayış sahəsi istismara verilib.

Ötən il mənzil tikintisinə 1 mlrd. 29,7 mln. manat investisiya qoyulub (azalma 4,6%).

Xəbər verildiyi kimi, 2014-cü ildə Azərbaycanda istismara verilən yaşayış yerlərinin ümumi sahəsi 1 mln. 978,3 min kvadratmetr təşkil edib ki, bu da 2013-cü ilin göstəricisindən 7,5% azdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol