Nərimanov Rayon Polis İdarəsindəki mənbənin Virtualaz.org saytına verdiyi məlumata əsasən, əməliyyat-axtarış tədbirləri nəticəsində 54 yaşlı iş adamı Qaçayev Rauf Eldar oğlu saxlanılıb.
Məlumata görə, sözügedən şəxs iri məbləğdə fırıldaqçılıqda şübhəli qismində saxlanılıb.
Belə ki, Rauf Qaçayev ozünün iş ortaqlarını aldatmaqda ittiham olunur. O, birgə iş görmək adı ilə Gəncəli Nağı Tağı oğlundan 120 min manat alıb və geri qaytarmayıb.
Polis işçiləri saxlanılmış şəxsi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) təhvil veriblər. Faktla bağlı araşdırma davam etdirilir.
***
AzPolitika.info dəqiqləşdirib ki, bu məlumatda "Gəncəli Nağı Tağı oğlu" kimi təqdim olunan şəxs Naxçıvan şəhərindən olan Əliyev Nağı Tağı oğludur.
Sələmçiliklə məşğul olan bu şəxs əslində Rauf Qaçayevə deyil, onun İlqar adlı dostuna təxminən 80 min dollar civarında sələmə pul verib. Lakin 3-4 aydan sonra İlqar müflis olduğundan pulu geri qaytara bilməyib. Bu zaman Nağı Əliyev pulunu Rauf Qaçayevdən tələb etməyə başlayıb və ondan polisə şikayət edib. Bu şikayət əsasında saxlanılan R.Qaçayevin yeganə günahı İlqarla Nağı Əliyevi tanış etməsidir.
R.Qaçayevi yaxından tanıyan mənbə onu dürüst, ləyaqətli bir şəxs kimi təqdim edir.


Şərhlər