Menu

İpoteka faizləri artacaq

25.01.2016, 10:37
İpoteka faizləri artacaq

Azərbaycanda devalvasiyadan sonra yaşanan yüksək inflyasiyaya görə, ipoteka faizləri arta bilər. Azərbaycanın İqtsadiyyat Nazirliyinin yenilədiyi sosial-iqtisadi inkişaf proqnozunda 2016-cı il üçün inflyasiya proqnozu 10-12% götürülür.

“Marja”nın məlumatına görə, maliyyə naziri Samir Şərifov ANS TV-də gözlənilən yeni ipoteka şərtlərindən danışıb.

Nazir bildirb ki, “Azərbaycan İpoteka Fondu”nun bazasında “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılır.

“Bu səhmdar cəmiyyətinin Müşahidə Şurasına artıq təkcə Mərkəzi Bank deyil, digər dövlət qrumları da daxil olacaqdır. Müşahidə Şurasına səlahiyyət verilir ki, faiz dərəcəsini bazar şəraitinə uyğun olaraq çevik şəkildə tənzimləsin. Fərz edək ki, əvvəlki faiz dərəcəsi 1 idisə, bu gün ölkədə inflyasiya dəyişəcəksə biz şübhəsiz bunu nəzrə almalıyıq”.

Nazir qeyd edib ki, ipoteka məbləği barədə qərər qəbul edilməsi səlahiyyəti də Müşahidə Şurasına verilir.

“Hal-hazırkı məbləğlər reallığı əks etdirmir, məbləğlərin artırılmasına zərurət yaranıb, o cümlədən devalvasiya nəzərə alınmaqla. Artıq bütün sənədlər hazırdır, 3-4 günə məlum olacaqdır”.

Qeyd edək ki, “Azərbaycan İpoteka Fondu”nun vəsaitləri hesabına verilən adi ipotekada faiz dərəcəsi 8%, güzəştli ipotekada isə 4%-dir. Maksimum məbləğ isə 50 min manatdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol