Menu

NAZİR DOLLAR KREDİTLƏRİNƏ GÜZƏŞTDƏN DANIŞDI - “Banklar qazanclarından ödəsin” - VİDEO

25.01.2016, 10:54
NAZİR DOLLAR KREDİTLƏRİNƏ GÜZƏŞTDƏN DANIŞDI - “Banklar qazanclarından ödəsin” - VİDEO

Azərbaycanın maliyyə naziri Samir Şərifov dollar kreditlərinin köhnə məzənnə ilə ödənilməsi məsələsinə toxunub. “Marja”nın məlumatına görə, nazir ANS TV-də bildirib ki, hökumət əmanətlərin vergidən azad etməklə və qorunmasına tam təminat verməklə artıq addımlar atıb. Bundan sonra dollardakı kredit borcu olanlara güzəştin edilməsi bank ilə müştəri arasında olan məsələdir:

“Dollar kreditlərinə güzəştin verilib-verilməməsi, bank ilə müştəri arasında olan məsələdir. Bilirsiniz bizdə banklar, o xarici valyutadakı kreditləri verən zaman, bir çox halarda, bu kreditləri istehlak krediti kimi yüksək faizlə veriblər. Biz bunu da etiraf etməliyik. Yadınızdadır, bankların verdiyi istehlak kreditlərinin faizi illik 20-35% idi. Bunun nəticəsidir. Amma əvvəllər bu adamlar 30-35%- ödəyiblər axı… Yəni banklar bundan yüksək gəlir və mənfəət götürüblər. Bunlar niyə əvvəlki illərdə götürdükləri yüksək gəlirləri yaranmış problemlərin həllinə yönəltmilər?! Burada suallar var”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol