Dünən Türkiyənin məşhur iş adamı Mustafa Qoçun dəfn mərasimi keçirilib. Mərasimə prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, CHP lideri Kamal Kılıçdaroğlu və digər rəsmi şəxslər qatılıb.
Mərhumun cənazə namazında diqqət çəkən hadisə baş verib. Azvision.az-ın məlumatına görə,Ərdoğan və Davudoğlu Kılıçdaroğlunun yanından keçərək ona salam verməyiblər.
Xatırladaq ki, bir neçə gün öncə Kılıçdaroğlu parlamentdə Rəcəb Tayyib Ərdoğanı ədəbsizcəsinə təhqir etmişdi. Ərdoğan da öz növbəsində müxalif lideri məhkəməyə verərək, 100 min türk lirəsi məbləğində təzminat tələb edib.


Şərhlər