Menu

“Türkiyəyə qarşı sanksiyalar genişləndiriləcək” - PUTİN

25.01.2016, 20:59

PUTIN_2670263bRusiya Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları genişləndirəcək.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin “Ümumrusiya xalq cəbhəsi”nin regionlararası forumunda çıxış edərkən bəyan edib.

“Biz tikinti-inşaat sahəsində Türkiyəyə qarşı məhdudiyyətləri genişləndirəcəyik. Hazırda ölkəmizdə ümumilikdə 50 milyard dollarlıq müqavilələrlə 300 Türkiyə tikinti şirkəti fəaliyyət göstərir”, deyə V.Putin bildirib.

Onun sözlərinə görə, sanksiyaların genişləndirilməsi sahəsində Rusiyada yeni 87 min iş yeri açıla bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol