Menu

"SOCAR Georgia"nın aksiyalarının 49 faizi Saakaşvilinin arvadındadı

25.01.2016, 21:12
"SOCAR Georgia"nın aksiyalarının 49 faizi Saakaşvilinin arvadındadı

“Müstəqil Gürcüstan” partiyasının lideri Kaxa Kukava sensasion bəyanatla çıxış edib.Virtualaz.org bildirir ki, bu barədə yerli "Xronika" qəzeti məlumat yayıb.

K.Kukavanın dediyinə görə, SOCAR Georgia şirkətinin aksiyalarının 49 faizi sabiq prezident Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofsa məxsusdur. Guya sabiq baş nazir Bidzina İvanişvili indi Azərbaycanı, “Qazprom”la danışıqlar aparması ilə şantaj edərək, Sandra Rulofsun payının öz əmisi oğlunun adına keçirilməsini tələb edir.

“Bu sırf korrupsiya sxemidir, burda siyasət heç də baş rolda deyil. Bunu ictimai reyestrdə yoxlaya bilərsiniz: SOCAR Georgia-nın 51 faizi Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdur, 49 faizi isə offşor zonada qeydiyyata alınıb. Əgər xarici biznes-nəşrlərlə tanış olsanız görərsiniz ki, orada həmin 49 faiz Sandra Rulofsun adına sənədləşdirilib. Bu, “Milli Hərəkat”ın payı idi.

Hakimiyyət dəyişikliyindən sonra mətbuat dəfələrlə yazıb ki, İvanişvili SOCAR-ı daim şantaş edib ki, həmin payı əmisi oğlu Uçu Mamatsaşvilinin adına keçirsin. Amma həmişə də rədd cavabı alıb. Ona görə də son vaxtlar Kaxa Kaladzenin vasitəsilə Azərbaycana qarşı müharibəyə başlayıb”, - deyə partiya lideri qəzetə müsahibəsində vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol