Hara gedirsən?

Nureddin1-240x3001-240x300-240x300

Nurəddin İSMAYIL

---------------------------

Salıb ürəyimə qəmi, hicranı,

Döndərib üzünü hara gedirsən.

Nədir bilməm aşiqinin günahı,

Vurub ürəyimə yara, gedirsən.

Nə can qoydun, nə də dinclik canımda,

Nəbzin vurur damarımda, qanımda,

Daha hal qalmadı mənim canımda,

Çəkdirib ruhumu dara, gedirsən.

Gül üzünün həsrətidir çəkdiyim,

Bitəcəkmi, heç bilmirəm əkdiyim,

Xumar gözlüm, ay xınalı kəkliyim,

Edib hər günümü qara, gedirsən.

Bu atəşin tüstüsü nə, közü nə,

Yandırıbdır çox aşiqi közünə,

Öyrəşməmiş hələ gözüm, gözünə,

Atıb səhralara, xara, gedirsən,

Mən əzəldən yara aşiq olmuşam,

Bu dünyanın ləzzətindən doymuşam,

Damla idim, dəryalara dolmuşam,

Apar məni, əgər, Yara gedirsən.

10 dekabr 2015

SÖZÜM QALSIN

Məni məndən alıb apar,

Nə odum, nə közüm qalsın.

Bitdim artıq, götür apar,

Bircə sazım, sözüm qalsın.

Apar məni yar bağına,

Döndər bir gül yarpağına,

Xoşdur, çəkdir torpağına,

Təkcə görən sözüm qalsın.

Aşiq neylər canı sənsiz,

Çıxart candan canı, sənsiz,

Yanar canın canı, sənzis,

Sevən canda dözüm qalsın.

Atəşlərdən, oddan çıxdım,

Əvvəl idim, sondan çıxdım,

Bədən adlı dondan çıxdım,

Özdə olan özüm qalsın.

Sözdən sözə ayaq verdim,

“Ol” sözündən dayaq verdim,

Demə sözə boyaq verdim,

Ürəklərdə izim qalsın.

10 yanvar 2016

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar