Menu

Səhər yolların buz bağlayacağı gözlənilir

25.01.2016, 23:30
Səhər yolların buz bağlayacağı gözlənilir

Hazırda Bakıda narın qar yağmaqdadır. Paytaxtın küçələrində avtomobil yollarında buz müşayiət olunmur və ictimai nəqliyyat normal işləyir.Virtualaz.org saytı xəbər verir ki, gecə saatlarında şaxta olacaqğı, səhər yolların buz bağlayacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin bildirdiyinə görə, yanvarın 27-dək ölkə ərazisində güclü şimal küləyinin əsəcək, fasilələrlə yağıntılı, qarlı hava şəraitinin davam edəcək, bəzi yerlərdə çovğun olacaq, yollar buz bağlayacaq.

Vətəndaşların mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməmələri məsləhət görülür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol