Menu

Putin Krıma hərbi müdaxiləni rəsmiləşdirdi

01.03.2014, 18:31
Putin Krıma hərbi müdaxiləni rəsmiləşdirdi

Rusiya Federasiya Şurası Ukrayna ərazisinə qoşun yeridilməsinə razılıq verib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda Federasiya Şurasının iclasında qərar qəbul edib.

***

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putin bu gün Federasiya Şurasına müraciət yollayıb və Krım Respublikasında vəziyyət normallaşana qədər Rusiya hərbi qüvvələrindən istifadə etmək barədə qərar qəbul olunmasını istəyib.

Müraciətdə Ukraynada ictimai-siyasi vəziyyət normallaşanadək qoşunların Krımda qalmasının zəruriliyi belə əsaslandırılır:

“Ukraynada yaranmış vəziyyətlə əlaqədar Rusiya vətəndaşlarının, soydaşlarımızın, Qara dəniz donanması şəxsi heyətinin həyatı təhlükədədir. Bu üzdən də Ukraynada ictimai-siyasi vəziyyət normalaşanadək Rusiya Silahlı Qüvvələrindən bu ölkənin ərazisində istifadə üçün Rusiya Federasiya Şurasına müraciət edirəm”

Federasiya Şurası belə bir qərar verərsə, bu, rəsmən Ukraynanın ərazi bütövlüyünə müdaxilə hesab olunacaq və müharibə təhlükəsini daha da ciddiləşdirəcək.

Xatırladaq ki, ABŞ prezidenti Obama xəbərdarlıq edib ki,  Rusiya Krıma müdaxilə etsə, bu, onun üçün yaxşı qurtarmayacaq.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol