Menu

"OPEC kritik bir qovşaqdadır" - Neft sürətlə bahalaşa bilər

26.01.2016, 15:01
"OPEC kritik bir qovşaqdadır" - Neft sürətlə bahalaşa bilər

İraqın neft naziri Əbdül-Mehdi neft qiymətlərinin gözlədikləri istiqamətdə inkişaf etmədiyini bildirərək "OPEK kritik bir qovşaqdadır" deyib.

İraqın neft naziri sözlərinə belə davam edib:

OPEC ÜZVLƏRİNİN ÇOXU 10 DOLLARLARDA DA İSTEHSALA DAVAM EDƏ BİLƏR

"İstehsalçı ölkələr qarşı-qarşıya olduqları ağır vəziyyətin fərqinə varırlar. Neftin qiymətini təxmin etmək çətinləşir. OPEC xaric istehsalçılar müqavimətli olmağa davam edirlər. OPEC üzvlərinin bir çoxu 10 dollar/barrel səviyyəsində də istehsala davam edə bilərlər".

QİYMƏTLƏRDƏ SÜRƏTLİ ARTIM RİSKİ VAR

Neftin qiyməti ilin ikinci yarısından 50 dolar/barelə yüksələ bilər. Səudiyyə Ərəbistanı hasilatı azaltmaq barədə hazırda daha çevikdir. Əgər aşağı qiymət şəraiti davam edərsə, qiymətlərdə sürətli yüksəliş baş verməsi riski var".

Açıqlamanın ardından neft qiymətləri qalxaraq yenidən 30 dolların üzərinə çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol