Davudoğlu bildirib ki, "biz söz verdiksə, sözümüzü yerinə yetirməliyik".
Əhməd Davudoğlu - Türkiyənin baş naziriBir müddət əvvəl Türkiyə və Avropa İttifaqı arasında vizasız gediş – gəliş barədə razılıq əldə edilib. Əvəzində isə Ankara öz ərazisindən Avropaya axın edən miqrantların qarşısını almaq üçün əlindən gələni etməlidir.Türkiyə əsasən Əfqanıstan, Pakistan, Suriya, İraq və digər müharibə ərazilərində yaşayan miqrantların Avropaya keçməsinə mane olmalıdır.
Hazırda miqrantların Avropaya keçməsinin qarşısını almaq üçün Türkiyə hökuməti Yunanıstanla sərhədlərini bağlayıb.
Hazırda Türkiyənin viza siyasəti
Yanvarın 7-də Türkiyənin Avropa ilə əldə etdiyi razılığa əsasən üçüncü dövlətlərə viza tətbiq ediləcəyi barədə məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, Türkiyə 2016-cı ilin iyunundan Azərbaycanla yanaşı viza rejimini Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan,Türkmənistan, Tacikistan, Boliviya, Livan, Özbəkistan və digər ölkələrə tətbiq edəcək. Bununla da Türkiyə 89 ölkəyə viza tətbiq edəcək. Qərar isə xüsusi ilə Avropa Birliyinə daxil olmayan dövlətlərə aid edilir.
Amma Türkiyənin Xarici İşlər Naziriliyi və ölkənin Azərbaycandaki səfirliyi verdiyi açıqlamalarda belə bir qərarın qəbul edilmədiyini bildirmişdilər.


Şərhlər