Menu

Xanımının rüşvət verdiyi deyilən səfir işdən çıxarıldı - SƏRƏNCAM

27.01.2016, 19:22
Xanımının rüşvət verdiyi deyilən səfir işdən çıxarıldı - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə, Elman Hidayət oğlu Zeynalov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Həmçinin İlqar Yusif oğlu Muxtarov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Digər bir sərəncam ilə, Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.

Digər bir sərəncamla, Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

XANIMI POLİSƏ RÜŞVƏT TƏKLİF ETMİŞDİ

Latviyadan səfir vəzifəsindən geri çağrılan Elman Zeynalov bir müddət öncə həyat yoldaşı Nəzirə Zeynalovanın polisə rüşvət təklif etməsi ilə mətbuatın gündəminə gəlmişdi.

Xatırladaq ki, həmin xəbərdə səfir xanımının sürücülük vəsiqəsi almaq üçün Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin yerli müffətişliyinə heç bir izahat vermədən 500 avro rüşvət təklif etdiyi qeyd edilmişdi. Latviyalı müffəttişlərin səfir xanımının bu davranışından şikayətçi olduğu və məsələ ilə bağlı həmin ölkədə cinayət işi açılmağı bildirilirdi.

Eks-səfir Elman Zeynalov isə bu məlumatları əsassız adlandıraraq xanımının polisə 500 avro yox, sadəcə 50 avro Yeni il hədiyyəsi verdiyini qeyd etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol