Menu

Nardaranda avtomobildən 6 “molotov kokteyli” aşkarlanıb

28.01.2016, 11:01
Nardaranda avtomobildən 6 “molotov kokteyli” aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları birgə əməliyya keçirib. “Report” xəbər verir ki, əməliyyat zamanı Bakı şəhər sakini, 30 yaşlı Elgün Hüseynov Kürdaxanı qəsəbəsi, yeni yaşayış massivində saxlanılıb.

Onun üzərindən 7 ədəd 9 mm patron götürülüb. E.Hüseynova məxsus “VAZ- 21014” markalı avtomobil Nardaran qəsəbəsi Ş.Tuti küçəsi 71-də aşkarlanıb.

Avtomobilə baxış zamanı 6 ədəd kustar üsulla hazırlanmış “molotov kokteyli” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol