Menu

"Ucuz neftə alışmaq lazımdır" - Prezident

29.01.2016, 15:08

nazarbayev"Neftin qiymətinin aşağı olmasına alışmaq lazımdır." "APA-Economics" "Tengrinews" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.

"Biz artıq yarım ildir ki, neftin 1 barelinin 30 dollar olduğu vəziyyətdə yaşayırıq. Lakin heç nə baş verməyib. Buna alışıb, belə yaşamaq lazımdır. Çünki bu proses uzun müddət davam edəcək", - deyə prezident vurğulayıb.

Ölkə başçısı əhalini "dolları yaddan çıxarmağa" çağırıb. "Bizim milli valyutamız təngədir, biz hesablaşmalarımızı təngə ilə aparırıq", - deyə N. Nazarbayev əlavə edib.

Təngənin devalvasiyasına toxunan prezident deyib ki, bu, qlobal iqtisadi konyunktura əsaslanan obyektiv proses idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol