Menu

11 nəfər həlak olub, 19 nəfər itkin düşüb - “Günəşli”dəkı qəzanın son statistikası

29.01.2016, 21:00
11 nəfər həlak olub, 19 nəfər itkin düşüb - “Günəşli”dəkı qəzanın son statistikası

SOCAR 4 dekabr 2015-ci il tarixində “Günəşli” və “Neft Daşları” yataqlarında baş vermiş qəza haqqında məlumat yayıb.

Məlumatda deyilir ki, 4 dekabr 2015-ci il tarixində “Günəşli” yatağında yerləşən 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində platformadakı 63 nəfər işçidən 29 yanvar 2016-cı il tarixə olan vəziyyətə əsasən 33 nəfər xilas olub, 11 nəfər həlak olub və 19 nəfər itkin düşüb.

Eyni zamanda, həmin gün Neft Daşlarında baş vermiş qəza nəticəsində SOCAR-ın Nəqliyyat İdarəsinin 3 nəfər işçisi itkin düşüb.

“Günəşli” yatağından təxliyə edilmiş işçilərə lazımi tibbi yardım göstərılib, bir nəfər isə - Ələkbərov Bəxtiyar Söhrab oğlu yanıq xəsərəti ilə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzində müalicə alır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol